Menu

Ukraynada xüsusi əməliyyatlar zamanı 200 hərbçi ölüb, 619-u yaralanıb

02.07.2014, 23:42
Ukraynada xüsusi əməliyyatlar zamanı 200 hərbçi ölüb, 619-u yaralanıb

Ukraynada aprelin 15-dən etibarən antiterror əməliyyatlarında 200 hərbi qulluqçu ölüb, 619 nəfər yaralanıb.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Milli Təhlükəsizlik və Müdafiə Şurasının nümayəndəsi Andrey Lısenko bəyan edib.

Onun sözlərinə görə, ölənlərdən 150 nəfər Ukrayna silahlı qüvvələrinin qulluqçusu, 7-si Təhlükəsizlik Xidməti əməkdaşı, 6-sı sərhədçi, 13-ü Milli qvardiyaçı və 24-ü milis əməkdaşıdır.

Lısenko həmçinin qeyd edib ki, atəşkəsin kəsilməsindən sonra ölkənin şərqində keçirilən antiterror əməliyyatlarında 5 hərbçi ölüb, 31-i yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol