Menu

Pakistanda baş vermiş partlayışda azı 15 nəfər həlak olub

13.12.2017, 21:57

vanda_partlayish_120916Pakistanın Kəraçi şəhərində baş vermiş partlayış nəticəsində azı 15 nəfər həlak olub. Partlayış qaz kəmərində qeydə alınıb.

Hələlik partlayışın mənşəyi məlum deyil. Təfərrüatlar haqqında məlumat verilməyib.

Məlumata görə, partlayışdan dərhal sonra yanğın başlayıb. Hazırda ərazi nəzarətə götürülb, yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürənlər cəlb edilib.

Ölü və yaralı sayının artacağı istisna edilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol