Menu

Mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları vergidən azad olunur

14.12.2017, 11:26

Milli-meclis-1Azərbaycana mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğuları vergidən azad olunur.

“Report”un xəbərinə görə, bununla bağlı Vergi Məcələsində dəyişiklik edilir.

Belə ki, məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə yeni bənd- 164.1.38-ci bəndi əlavə edilir.

Bu bənd mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğularının vergidən azad olunmasını nəzərdə tutur.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Şərhlər

kohne 2017-12-14 11:26:40

Mulki aviasiyaya aid kicik teyyareleri ve onlarin ehtiyat hisselerini men ve Novruzeli getirirdik ey ne ela ish gormusus e,gelin size oz bagimda qonaqliq verim.Gozleyirem haminizi Meshtagada 1 nomreli psixiatrik bagda

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol