Menu

“Təxribatçı suallarla mənə müraciət etməsinlər”- Anar

03.07.2014, 09:24
“Təxribatçı suallarla mənə müraciət etməsinlər”- Anar

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar bildirib ki, yalnız özünün dediyi sözlərə cavabdehdir, onun adından deyilənlərə yox.

Aktual.az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, bu barədə AYB-nin mətbuat xidməti məlumat yayıb.

Dediklərinin qərəzli şəkildə təhrif edildiyinə görə, ucuz sensasiya xətrinə sözlərini konteksdən çıxarıb, öz məqsədlərinə uyğun şəkildə təqdim etdiklərinə görə müəyyən mətbuat orqanlarına və bəzi saytlara müsahibə verməyəcəyini bildirən Xalq yazıçısı: “özlərinə zəhmət verib təxribatçı suallarla mənə müraciət etməsinlər, cavab almayacaqlar” - deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol