Menu

Lənkəranda güllə yarası alan yeniyetmə suya yıxılaraq boğulub

14.12.2017, 22:49
Lənkəranda güllə yarası alan yeniyetmə suya yıxılaraq boğulub

Lənkəranın Balıqçılar qəsəbəsində yeniyetmə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

"Report"un Cənub bürosu xəbər verir ki, ilkin məlumata görə, Kamran adlı 15 yaşlı yeniyetmə ehtiyatsızlıqdan özünü odlu silahdan açılan atəş nəticəsində yaralayıb.

Nəticədə o, suya yıxılıb və orada köməksiz vəziyyətdə qalaraq boğulub.

Hadisə baş verən zaman onun yanında kiminsə olub-olmadığı öyrənilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol