Menu

Bakıda iki marşrut xəttinin hərəkət trayektoriyası dəyişib

15.12.2017, 14:59

marshrut1Bu gün səhər saatlarından Bakının Süleyman Sani Axundov küçəsində aparılan qazıntı işləri ilə bağlı yol anidən hərəkət üçün dayandırılıb, bununla bağlı 6 və 8 saylı marşrut xətlərinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

Bu barədə “Baku Bus” MMC-nin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, Azadlıq prospekti, Süleyman Sani Axundov küçəsi ilə hərəkət edərək “Azadlıq” metro stansiyasının dayanacağına daxil olan 6 və 8 saylı xətt üzrə hərəkət edən avtobuslar müvəqqəti olaraq, hər iki istiqamətdə Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələri ilə hərəkət edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol