Menu

Kennedinin qətlinə dair yeni sənədlər dərc edilib

16.12.2017, 10:11
Kennedinin qətlinə dair yeni sənədlər dərc edilib

ABŞ-da 1963-cü ildə qətlə yetirilən prezident Con Kennedinin qətlinə dair 3500 çox məxfi sənəd dərc edilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ümumilikdə 2017 ildə Kennedinin qətli ilə bağlı 34000 yaxın sənəd işıq üzü görüb.

Sözügedən sənədlər ABŞ-ın Milli Arxivi tərəfindən dərc olunur.

Təhlükəsizlik məqsədilə təhlil olunmalı 88 sənəd istisna olmaqla, Con Kennedinin qətli ilə bağlı bütün sənədlər tam və ya qismən dərc olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol