Əmlak Komitəsi "Qorqud" oteli və "Atlas" klinikasının yerləşdikləri binaları boşaltdırır
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Şərq” bazarının ardından bu kompleksə daxil olan keçmiş “Şərq” otelinin (Hazırda “Qorqud” oteli”) və “Atlas” klinikasının yerləşdiyi tikilinin boşaldılması haqda icarədar Heydər Əliyevə (“Bala Heydər”) xəbərdarlıq məktubu göndərib. Bu barədə “AzPolitika.info”ya məlumatlı mənbə bildirib.
Xatırladaq ki, qalmaqallı iş adamı kimi tanınan Heydər Əliyev, 1997-ci ildə “Şərq bazarı” kompleksini, o cümlədən bu kompleksə daxil olan “Şərq oteli”ni 50 il müddətinə dövlətdən icarəyə götürüb. Lakin bir neçə ay əvvəl onunla müqavilə pozulub və ƏMDK bazarı başqa bir şəxsə icarəyə verib. H.Əliyev bazarı təhvil versə də, “Atlas” klinikasının yerləşdiyi hissəni və “Şərq” otelinin binasını boşaltmaqdan imtina edib. Məlumata görə, ƏMDK kompleksi tam şəkildə boşaltması və 20 illik ödənməyən icarəhaqqının dövlətə ödənməsi üçün Heydər Əliyevə sonuncu rəsmi xəbərdarlığını edib. Çox böyük ehtimalla, Komitə bundan sonra məhkəməyə müraciət edəcək.

Belələrindən biri də bir vaxtlar “Atlas” klinikasında kadrlar şöbəsinin müdiri işləmiş Ələkbərov Elşən Etibar oğludur. E.Ələkbərov “AzPolitika”ya müraciətində bildirib: “Mən Heydər Əliyevlə işləyərkən, günlərin bir günü o məni otağına çağırdı və məndən klinikada USM həkimləri işləyən Fərəcov Azər Tofiq oğlunun və Eynalov Cəbrayıl Əmirulla oğlunun şəxsi işlərini və onlarla bağlanmış birgə tibb müqavilələrini tələb etdi. Mən müqavilələri ona çatdırdım və ertəsi gün sənədləri ondan geri alanda baxdım ki, o, hər iki müqaviləni öz mənafeyi naminə saxtalaşdırmışdır. Mən dərhal onun kabinetinə getdim və onun vəzifə saxtakarlığına öz ciddi etirazımı bildirdim.
Heydər Əliyev elə həmin günü məni işimdən uşaqlaşdırdı və bir neçə gündən sonra evimə zəng edərək, mənim əxlaqıma, ailə tərbiyəmə uyğun olmayan qarayaxmalarla mənim ailəmi dağıtdı. Qoy, oxucularınız özləri mühakimə etsinlər ki, 7 dəfə Həcc ziyarətində olan, ömrünün qürub çağlarını yaşayan 70 yaşlı Azərbaycan kişisinə bu hərəkət yaraşardımı?
Günlərin birində bir nəfər molladan soruşur ki, molla əmi, xalanı almaq olar? Molla, buyurur ki, xeyr, olmaz!
Sual verən şəxs bildirir ki, molla əmi, mən xalamı aldım, oldu!
Görünən budur ki, Bala Heydərə hər şey olar! Şərləmək də, böhtan atmaq da, qara yaxmaq da, insanları ölümə, həbslə hədələmək də...”

Adının çəkilməsini istəməyən bir başqa mənbə isə bildirib ki, Heydər Əliyev öz tabeliyində olan işçiləri aldadır, qara yaxır, hakim dairələrdəki nüfuzlu rəhbərlərin adından, nüfuzundan istifadə edərək insanları həbslə hədələyir: “Öldütdürərəm, qanını batızdıraram”, “qollarına qandal vurduraram”, "cibindən narkotik vasitə, silah-sursat çıxartdıraram” tipli hədələr onun leksikonunun “bəzəyidir”, təmiz, saf adamlara “narkoman”, “qumarbaz” damğası vurmaqdan çəkinmir.
“Heydər Əliyev neçə illər öncə kiminsə adından istifadə edərək, ofisinə 4 nömrəli hökumət telefonu çəkdirib və bu telefon vasitəsilə nazirlərə, komitə sədrlərinə zənglər edir, lazım gələndə onlara hətta göstərişlər verməyə belə cəhd edir. Onun hökumət telefonundan qanunsuz istifadə etməsi barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyinə dəfələrlə məlumatlar ötürülsə də, heç bir tədbir görülmür”.
Uzun illər “Qorqud” holdinqdə çalışmış bir başqa mənbə isə bildirir ki, bir dəfə əməkhaqqı yubandığına görə Heydər Əliyevin qəbuluna gedib, neçə ayların yığılıb qalmış maaşını istəyib. “Heydər ayağa qalxdı və başını divara, qapıya çırpmağa başladı, saçını yoldu, özünə xəsarət yetirmək istədi. Mən onda anladım ki, bu adam necə təhlükəlidir. Onunla işləməyə dəyməz, istənilən çirkin əməli gözləmək mümkündür. Həmçinin, onun aktyorluq peşəsini seçməməsinə də çox heyfsləndim...”

Bala Heydər bir vaxtlar iddia edirdi ki, icarəsində olan “Şərq Bazarı”nda alış-verişin canlanması naminə bazarın qarşısından keçən avtobus marşrutlarının sayının artırılması üçün Nəqliyyat Departamentinin rəisi vəzifəsində işləmiş Zamin Məmmədova 40.000 manat rüşvət vermişdir.
Əsl həqiqətdə isə Heydər nə Zamin Məmmədovu tanıyır, nə də "pul verdiyi" zamanı, vaxtı xatırlayır...”
Mənbə deyir ki, Sovetlər dövründə müxtəlif vəzifələrdə işləyən Heydər Əliyev, SSRİ-nin süqutundan sonra xalq hərəkatı baş qaldıranda AXC fəalı kimi cəbhəçi bəylərin önündə gedir, yüksək vəzifə gözləyirdi: “O, həmişə formaca iqtidar, məzmunca müxalifətçi olub. Heç çox da uzağa getməyəək: Ölkə başçısının təşəbbüsü ilə “Sovetski” adlanan xarabazarlığı xatırladan yaşayış massivində ötən əsrlərdən qalan birmərtəbəli evlər sökülərək yerində ən müasir evlərin tikintisi və park salınması nəzərdə tutulurdu.
Adıçəkilən ərazidə sahiblərinin razılığı ilə bütün evləri sökmək mümkün olduğu halda, Bala Heydərə məxsus evi sökmək çox müşkül bir problemə çevrilmişdi. Ən sonda onun evi sökülən günü o, tabeliyində olan bütün işçiləri əraziyə cəlb edərək, polislə qarşıdurma yaratmışdı... (Ünvan: Z.Adıgözəlov küçəsi 50)”

Lakin keçmiş Sovetlər dövründəki ucqar kənd xəstəxanalarını xatırladan, heç bir müasir tibb avadanlığı mövcud olmayan, fantastik qiymətləri ilə tanınan, qeyri-standart bazar kümbəzlərində fəaliyyət göstərən və bütün pasiyentləri qiymətinə və xidmətinə görə narazı salan “Atlas” klinikası barədə niyə ölçü götürmürsünüz?
Axı Sizdə məlumatlar da var ki, “Atlas” klinikasında özbaşınalıq, qanun pozuntuları baş alıb gedir. Bura yeganə tibb müəssisəsidir ki, 2 kassa fəaliyyət göstərir. Kassanın biri Əliyev Heydərə, digəri isə onunla bərabər işləyən oğlu Nihad Əliyevə məxsusdur. Onlar arasında pul üstündə vaxtaşırı qarşıdurma yaranır, klinikaya təşrif buyuran xəstələr və klinikanın kollektivi isə maraqlı tamaşanı seyr edirlər.
2014-cü ilin dekabr ayında qeyd edilən bu kimi qüsurlara görə “Atlas”-ın fəaliyyəti tərəfinizdən dayandırılmışdı. Lakin təxminən ay yarımdan sonra klinikanın fəaliyyətinin yenidən bərpası bir çox müəmmalı şübhələrə güman yaradır...”
Barəsində səsləndirilən bu ittihamlarla bağlı Heydər Əliyevə ünvanladığımız yazılı sorğu cavabsız qaldı. Bununla belə, onun mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk.
V.Nəsibov
AzPolitika.info

Şərhlər
7 dəfə həccə gedən aydındır ki ..............Nəyə lazımdır bu qədər?
haram pullar qazanib omru boyu indi ... insallah
bala heyder ....prokurorluq hara bahir
Maraqlıdır,adam 20 il icarı haqqı ödəməyib.Komitə susub.Bir sahibsiz,arxasız sahibkar bir ay icarə haqqını gecikdirəndə Əmlak Komitəsi canavar kimi düşürdülər.Bəs onlar 20 il niyə susublar.yalnız indi biz varıq deyirlər?DEməli burada bir böyük əmma var.Yaxşı olar ki.Əmlak Komitəsində belə əmmaları açıqlasınlar.
azəryolun yuksək vəzifə sahibi zamin məmmədovun bALA HEYDƏRDƏN 200 min managt rusvət alib sərq bazarina marsurut xətti cəkkilməsinə soz verilməsi ilə bağli nərmanob rayon prokuroru niyəsusur? PROKUROR UMUMİYYƏTLƏ OLKƏDƏ QANUNLARİN İCRASİNA NƏZARƏT EDİR YA FİTVA VERİR?
Naxçıvanlı olmaq H.Əliyevə hər yerdə yaşıl işıq yandırır. Bu xalqa haqq olur,...
BUTUM YAZILANLAR HELE AZ YAZILIB BU AYZBERQİN GÖRÜNEN TERRFİDİR ONUN COX QARANLIQ KECMİSİ VE İNDİKİ HEYATI VAR EGER TERPETSELR QARANLIQLAR HAMIYA V
bala heyderin yeri ....
onun oqlu ozunnen beterdi .....haminin evin yixir.... cavab verecekler az galib
bala heyder yuzlerle adamin pulun aldadaraq elinnen alib ganun gabaqinda cavab verecek
ardi var
davamin yazin hormrtli jurnalist