Menu

Rauf Mirqədirova icazə verilmədi

03.07.2014, 11:44
Rauf Mirqədirova icazə verilmədi

Bu gün “Ayna Zerkalo” qəzetinin həbsdə olan jurnalisti Rauf Mirqədirovun atasının vəfatından 40 gün keçir. Bu məqsədlə keçiriləcək yas mərasimində Rauf Mirqədirovun iştirakını təmin etmək üçün onun vəkilləri müvafiq dövlət orqanlarına müraciət etsələr də, müsbət cavab almayıblar.

Bu barədə onun vəkili Fuad Ağayev Facebook səhifəsində məlumat yazıb: “Bir neçə gün bundan əvvəl müstəntiq İbrahim Ləmbəranski ilə Rauf Mirqədirovun atasının 40 mərasiminə buraxılması barədə telefonla bir neçə dəfə danışdıq. Raufun bu günkü mərasimə gətirilməsi ilə bağlı hələ ötən həftənin əvvəli Baş Prokuror, Baş Prokurorun birinci müavini, Milli Təhlükəsizlik Naziri, müstəntiqə hələ ötən həftə ərizələrimiz göndərilmiş və çatdırılıb. İndicə müstəntiqə zəng vurub, Raufun hələ gətirilməməsini bildirdikdə, İ.Ləmbəranski söylədi ki, ona nə bizim məktublar verilib, nə də ki, göstəriş... Bu nə deməkdir?”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol