Kaka futbolçu karyerasını rəsmən başa vurub

Braziliyalı yarımmüdafiəçi Kaka futbolçu karyerasını rəsmən başa vurub.

"Report"un məlumatına görə, bu barədə 35 yaşlı oyunçunun özü TV Globo-nun efirində açıqlama verib.

"Son sözüm budur ki, peşəkar karyeram başa çatdı", - deyə "sambaçı" bildirib.

Kaka Braziliyanın "San Paulu", İtaliyanın "Milan", İspaniyanın "Real Madrid" və ABŞ-ın "Orlando Siti" komandalarında forma geyinib. O, 2002-ci ildə dünya çempionu, 2007-ci ildə isə "Qızıl top"un sahibi olub. 2002 - 2016-cı illərdə Braziliya millisinə çağırılmış ulduz futbolçu 92 oyuna 29 qol vurub. Kakaya daha əvvəl "Milan"da direktor vəzifəsi təklif olunsa da, o, hələ yekun qərarını verməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar