«AzPolitika.info»-nun xarici KİV-ə istiadla verdiyi xəbərə görə, mərhum Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Liviyada növbəti prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir.
Bu barədə 44 yaşlı Seyf əl-İslamın nümayəndəsi Misir KİV-ə verdiyi müsahibədə bəyan edib.
Seyf əl-İslam Liviyanın mərhum Prezidenti Müəmmər Qəddafinin ikinci kəbindən doğulmuş böyük oğludur və atası tərəfindən ölkə lideri postuna real namizəd hesab edilirdi.
O, ixtisasca mühəndis-memardır - Avstriyada və Böyük Britaniyada təhsil alıb. İki il bundan əvvəl Tripoli məhkəməsi onun barəsində qiyabi ölüm hökmü çıxardıb. Amma üsyançılar onu saxlasalar da hakimiyyətə təhvil verməkdən imtina ediblər. Nəticədə, Seyf əl-İslam azad edilib.
Xatırladaq ki, Qəddafinin özünü 2011-ci ildə öldürüblər.


Şərhlər
Aaaa! Bu lap bunnandı ki!Elə atadan belə oğul!