Menu

İran Azərbaycana ticarətdə milli valyutalardan istifadəni təklif edib

18.12.2017, 15:15
İran Azərbaycana ticarətdə milli valyutalardan istifadəni təklif edib

Azərbaycanla İranın qarşılıqlı ticarətdə milli valyutadan istifadə etməsi hər iki ölkənin milli valyutasının möhkəmlənməsinə səbəb ola bilər.

Bunu APA-ya eksklüziv açıqlamasında İranın Qiymətli Kağızlar və Birja Təşkilatının sədri Şapur Məhəmmədi deyib.

"Hər iki ölkənin qarşılıqlı ticarətdə milli valyutalardan istifadə etməsi çox faydalı oluna bilər. Bunun üstünlükləri çoxdur. Məsələn, asanlıqla köçürülür və vasitəçi valyutaya ehtiyac duyulmur. Bundan başqa, qarşılıqlı ticarətdə milli valyutalardan istifadə olunması milli valyutanın güclənməsinə səbəb olur. Bu isə hər iki ölkə üçün xeyirlidir", - deyə o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol