Menu

Dağıstanın Azərbaycan nümayəndəliyinə şok təyinat: Marat İsgəndərov

03.07.2014, 14:18
Dağıstanın Azərbaycan nümayəndəliyinə şok təyinat: Marat İsgəndərov

Dağıstanın Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edilib.

Publika.az xəbər verir ki, Dağıstan prezidenti Ramazan Abdulatipovun sərəncamı ilə Marat İsgəndərov Dağıstan Respublikasının Azərbaycan nümayəndəliyinə rəhbər təyin olunub.

M. İsgəndərov milliyətcə kumıkdır. Qeyd edək ki, kumıklar türk əsilli xalqdır. Hazırda Rusiyanın müxtəlif yerlərində toplu olaraq yaşayırlar.

M. İsgəndərov haqda ətraflı məlumat heç yerdə yoxdur. Yalnız onun Moskva və Qroznıda geniş biznesi olduğu deyilir.

Azərbaycanın Şimal bölgəsindəki mənbə isə təyinatla bağlı saytımıza bildirib ki, ləzgilər, xüsusilə də keçmiş “sadvalçılar” yeni rəhbərin ləzgi əsilli olacağını, avarlarsa onlardan birinin olacağını gözləyirdilər.

“Keçmiş rəhbər Maqomed Qurbanovun bu vəzifədən çıxarılmasına səbəb də onlar idi. Çünki bu qruplar onun haqqında geniş materiallar hazırlayıb Dağıstan rəhbərliyinə göndərirdilər. Məqsədləri də özlərindən birinin bu posta təyin olunması idi. Abdulatipovun bu addımı isə onların planlarını alt-üst edib”, - deyə mənbə bildirib.

Qeyd edək ki, 2013-cü ilin mart ayının 3-də Maqomed Qurbanov bu vəzifədən azad edildi. Buna səbəb isə onun Azərbaycandakı ləzgi və avarların hüquqlarını qoruya bilməməsi idi.

O vaxtdan boş qalan bu posta təyinat olmamışdı. Lakin bəzən ziddiyətli xəbərlər də ortaya çıxırdı. Sonuncu dəfə yayılan məlumatlara görə, Dağıstandan gələn əks-kəşfiyyatçı Mübariz Mursalov alı şəxs özünü yeni nümayəndə olaraq təqdim edirmiş. Bu şəxsin keçmiş “sadvalçı” olduğu da deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol