Menu

İraqın şimalındakı muxtar bölgədə aksiya keçirilib

18.12.2017, 18:37
İraqın şimalındakı muxtar bölgədə aksiya keçirilib

İraqın şimalındakı kürd muxtariyyətində, Süleymaniyyə şəhərində minlərlə məmur maaşların ödənilməməsi və korrupsiyaya etiraz olarq aksiya keçiriblər.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, aksiya iştirakçıları muxtar hökumətin keçmiş başçısı Məsud Barzaninin rəhbəri olduğu Demokratlar Partiyasının baş qərargahının binasına od vurublar.

“Hökumətdən müəllimlərin və məmurların sosial şəraitinin normallaşdırılmasını, maaşlarımızın fasiləsiz olaraq verilməsini tələb edirik”, - aksiya iştirakçısı vurğulayıb.

Onlar “Bəsdir artıq!”, “26 illik korrupsiyaya və qarətə yox!”, “Rüşvətxorlar mühakimə olunmalıdır!”, “Müəllim və məmurların maaşları haradadır?” şüarlarını söyləyiblər

Muxtar hökumətin rəsmi məlumatına görə, bölgədə hökumətdən maaş alan 1,4 milyon müəllim və məmur var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol