Menu

Azərbaycanda "Ordu qəbiristanlığı" yaradıla bilər

19.12.2017, 13:01
Azərbaycanda "Ordu qəbiristanlığı" yaradıla bilər

Azərbaycanda orduda dünyasını dəyişənlərin qəbirlərinin ayrıca və standart qaydada hazırlanması təklif olunur.

APA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arif Rəhimzadə çıxış edib.

O qeyd edib ki, dünyada bu praktika var və orduda həlak olanların ayrıca, standart qəbirlərdən ibarət qəbiristanlığının olması mümkündür.

Komitə sədri bunun "Ordu qəbiristanlığı" adlandırıla biləcəyini də deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol