Menu

Netenyahunun dostları - Tramp və Heyli

19.12.2017, 16:46
Netenyahunun dostları - Tramp və Heyli

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsrailin Baş naziri Benyamin Netenyahu Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında (BMT TŞ) Yerusəlim üzrə mövqelərinə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampa və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyliyə təşəkkür edib.

«Sağ ol, daimi nümayəndə Heyli!... Siz, ədalət şamını yandırdınız. Siz, qaranlığı yardınız. Təklikdə, çoxlarına qalib gəldiniz. Həqiqət yalana qalib gəldi. Sağ olun, prezident Tramp!» - Netenyahu «Tvitter»dəki səhifəsində yazıb.

Bundan əvvəl ABŞ, Misir tərəfindən hazırlanmış və Yerusəlim (Qüds) şəhərinin İsrailin paytaxtı kimi tanınmasına qarşı olan qətnamə layihəsinin müzakirəsini bloklamaq üçün veto hüququndan istifadə edib.

Bundan sonra, ərəb ölkələri BMT Baş Məclisinin çağırılmasını tələb ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol