Menu

Son on gündə Yəməndə 115 sakin öldürülüb, 83 nəfər yaralanıb

19.12.2017, 21:15

yemenSon on gündə Yəməndə silahlı qarşıdurma nəticəsində 115 dinc sakin ölüb, 83 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu dekabrın 19-da BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının rəsmi təmsilçisi Rupert Kolvill Cenevrədə keçirdiyi brifinqdə bildirib.

“Dekabrın 6-dan 16-dək müəyyən etmişik ki, aviazərbələr nəticəsində 115 mülki sakin ölüb, 83-ü yaralanıb”, - o vurğulayıb.

2015-ci ilin martından indiyədək Yəməndə silahlı münaqişə nəticəsində 14 mindən çox dinc sakin ölüb və yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol