Tramp Özbəkistan prezidentini ABŞ-a dəvət etdi

ABŞ prezidenti Donald Tramp Özbəkistan prezidenti Şavkat Mirziyoyevi Birləşmiş Ştatlara rəsmi səfərə dəvət edib.

Virtualaz.org bildirir ki, bu barədə özbək liderinin saytı xəbər yayıb.

"Bu dəqiqələrdə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampla Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyevin telefon söhbəti oldu. İkitərəfli əməkdaşlığın genişləndirilməsinin perspektiv planlarının birgə müzakirəsi üçün D.Tramp bizim dövlətimizin başçısını ABŞ-a rəsmi səfərə dəvət etdi", - deyə rəsmi məlumatda vurğulanıb.

Özbəkistan prezidentinin mətbuat xidməti onu da xatırladıb ki, Şavkat Mirziyoyev və Donald Tramp 2017-ci ilin mayında Ər-Riyadda, sentyabrında isə Nyu-Yorkda görüşüblər. Bu görüşlər siyasət və təhlükəsizlik, eləcə də ticarət, investisiya, maliyyə, texnologiya və mədəni-humanitar mübadilə sahələrində qarşılıqlı fəaliyyətin aktivləşməsinə imkan yaradıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar