Menu

Qızılın qiymətinin aşağı düşəcəyi gözlənir

20.12.2017, 10:50
Qızılın qiymətinin aşağı düşəcəyi gözlənir

Goldman Sachs, inkişaf etmiş iqtisadiyyatlarda güclü ÜDM artımı və Fed-in faiz artırması ilə əlaqədar olaraq qızılın qiymətinin qarşıdakı aylarda geriləməsini gözləməyə davam etdiyini bildirib.

"Marja" xəbər verir ki, qlobal investisiya bankı 2018-ci ilin ortasına qədər qızılın unsiyasının qiymətinin 1200 dollar səviyyəsinə düşəcəyini proqnozlaşdırıb.

Gələcək 3, 6 və 12 ay üçün qızıl qiyməti proqnozlarını 1225, 1200 və 1225 dollar/unsiya olaraq ortaya qoyan Goldman Sachs, gümüş qiymətləri üçün həmin dövr gözləntilərini 16,2, 16,0 və 17,2 dollar/unsiya olaraq müəyyənləşdirib.

Bu dəqiqələrdə qızıl 1263 dollardan alıcı tapır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol