Menu

Şirvanda dörd aya yaxındır itkin düşən bacı-qardaş Bərdədən tapılıb

20.12.2017, 13:19
Şirvanda dörd aya yaxındır itkin düşən bacı-qardaş Bərdədən tapılıb

Şirvan şəhərində dörd aya yaxındır itkin düşən bacı və qardaş tapılıb.

Bu barədə “Report”un Aran bürosuna DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Belə ki, bu il avqustun 28-də Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbə sakinləri 24 yaşlı Ayşən Məmmədova və 6 yaşlı Davud Məmmədov evdən gedərək bir daha geri qayıtmayıblar. Bundan narahat olan ailəsi onların tapılması üçün Şirvan Şəhər Polis Şöbəsinə müraciət edib. Şirvan ŞPŞ-nin Cinayət-axtarış bölməsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən bacı və qardaş dekabrın 20-də Bərdə rayon ərazisindən tapılaraq ailə üzvlərinə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol