Menu

Ermənistan parlamentində yenə dava düşdü

20.12.2017, 20:17
Ermənistan parlamentində yenə dava düşdü

Ermənistan parlamentində deputatlar arasında dava olub.

Azvision.az xəbər verir ki, iqtisadi məsələlər üzrə parlament komissiyasının üzvü David Munakyanın kabinetində “Çarukyan” blokunun parlament fraksiyasının üzvləri Artur Manukyanla Sergey Baqratyan arasında dava baş verib.

Davaya səbəb deputatlardan birinin yeni Məhkəmə Məcəlləsi ilə bağlı qanun layihəsinin lehinə səs verməsi olub.

Deputatlar David Manukyan və Hrant Madatyan 10-15 dəqiqə ərzində dava edən həmkarlarını ayıra bilməyiblər. Dalaşan erməni deputatlar münasibətləri parlamentdən kənarda ayırd edəcəklərini deyiblər.

Deputatların davasına “Çarukyan” qrupunun lideri Qaqik Çarukyanın müdaxilə edəcəyi istisna edilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol