Menu

ƏHALİYƏ VERİLƏN İÇMƏLİ SUDA BAKTERİYA AŞKARLANDI - Rəsmi

21.12.2017, 12:33
ƏHALİYƏ VERİLƏN İÇMƏLİ SUDA BAKTERİYA AŞKARLANDI - Rəsmi

"Ölkənin təsərrüfat-içməli su təchizatı sistemlərinə nəzarət məqsədilə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarında bu ilin 11 ayı ərzində 56 şəhər və rayondan müayinə edilən 484 su nümunəsi fiziki-kimyəvi göstəcilərinə görə normaya uyğun olub".

"Report" xəbər verir ki, bunu mərkəzin baş direktorunun müavini Ağaxanım Əliyeva qurumun hesabat tədbirində deyib.

O bildirib ki, nümunələr nəticəsində bakterioloji göstəricilərinə görə standartların tələblərindən kənara çıxma 3,7% olub.

Mərkəz rəsmisi qeyd edib ki, Bakı şəhəri əhalisini içməli su ilə təchiz edən Kür, Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Şollar və Xaçmaz təchizatı kəmərlərindən götürülən 75 su nümunəsində bakterioloji göstəricilər üzrə 2,6 %, sanitariya - kimyəvi göstəriciləri üzrə 5,3 % normalara uyğun olmayan nümunələr təkrar götürülən müayinələrdən sonra normalara uyğun olub: "Mərkəzi su anbarları və nasos stansiyalarından götürülən 1264 su nümunəsinin 1,6 %-i bakterioloji, 1, 1 %-i sanitariya-kimyəvi göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib. Qeyri-kafi nəticələrlə əlaqədar "Azərsu" ASC-nin mütəxəssisləri yerində araşdırma aparılaraq dövlət standartlarına uyğun olmayan nəticələr üzrə operativ tədbirlər görülüb. Təkrar müayinələrin nəticələri norma səviyyəsində olub".

Şərhlər

GM 2017-12-21 12:33:04

``Oğuz-Qəbələ-Bakı`` içməli su kəməri ``qızıl qiymətinə`` çəkiləndə əhali fikirləşirdi ki..bu suyun tərkibində Qoz,Fındıq üstünlük təşkil edəcək..İndi məlum olur ki,Neft puluyla çəkilən suyun tərkibindən ``xiyar`` zərərli kimyəvi elementləri çəxır..Çəkilmiş avtomobil yolunun ortasından Xiyar, Badımcan qurusuna oxşayan ovuntu çıxır.Yolların istifadə verilməsiylə,..dağılması bir ayın içərisində baş verir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol