“Gündəlik Bakı” qəzətinin baş redaktoru, uzun illər Milli Təhlükəsizlik Nazirliyinin himayəsi altında müxtəlif məmurları, sahibkarları, iş adamlarını şantaj edərək onların barələrində ifşaedici məlumatlar yayacağı ilə hədələyərək külli miqdarda pullarını almaqda ittiham olunan Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu günlərdə iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı dekabrın 26-a təyin edilib.
Xatırladaq ki, MTN-ə bağlı reket jurnalist şəbəkəsinin əsas fiqurlarından olan Habil Vəliyev ötən il dekabrın 6-da Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. O, hədə-qorxu yolu ilə pul tələb etməkdə, şantajda ittiham olunur. Bu ittihamlar üzrə təqsirləndirilən şəxsi 10 ildən 15 ilədək həbs cəzası gözləyir. Virtualaz.org saytı iş üzrə istintaq materiallarını əldə edib. İstintaq materiallarından məlum olub ki, Habil Vəliyev məmurları, paytaxtda otel və motel işlədən sahibkarları, hətta yüngül əxlaqlı qadınları belə şantaj edərək onlardan müntəzəm olaraq külli miqdarda pul alıb.
Beyləqan təhsil müdirinin şantaj olunması
İş üzrə zərərçəkən qismində tanınmış şəxslərdən biri 12 il Beyləqan rayon Təhsil şöbəsinin müdiri olmuş Tofiq Sadıqovdur. O, istintaqa verdiyi ifadəsində bildirib ki, dəfələrlə Habil Vəliyevin qəzetlərində şəxsiyyəti və ailə üzvləri haqda təhqiredici, “heç bir əsası olmayan” yazılar dərc edilib. Təhsil müdiri deyib ki, bu cür məqalələr 2008-2015-ci illərdə “Gündəlik Bakı”, “Bizim dövr” və digər qəzetlərdə yayımlanıb. Həmin yazılarda Beyləqanda təhsilin bərbad vəziyyətdə olmasından bəhs olunurdu, təhsil müdirinin özünün və ailə üzvlərinin barəsində şər, böhtan xarakterli məlumatlardan bəhs olunurdu.
“Guya həyat yoldaşının vərəm xəstəsi olması, oğlunun narkoman, qızının saxtakarlıqla məşğul olması və s. bu kimi məlumatlar qəzetdə yerləşdirilib”-zərərçəkən ifadəsində bildirib.

Nəhayət, günlərin birində Habi Vəliyev ona zəng vurub haqqında redaksiyaya çox ciddi məlumatlar daxil olduğunu, görüşmək istədiyni deyib. Təşvişə düşən T.Sadıqov Bakı şəhərinə Təhsil Nazirliyinə iclasa gələndə görüşə biləcəklərini deyib:”Təhsil Nazirliyinin yaxınlığındakı 202 saylı məktəbin qarşısında görüşdük. Söhbət əsnasında Habil özümün, ailə üzvlərimin haqqında ciddi məlumatlar olduğunu vurğuladı və 1500 manat istədi. Əks halda mətbuatda barəmdə işgüzar nüfuzuma xələl gətirəcək məqalələr yayacağını dedi. Habilə cəmisi 500 manat verə biləcəyimi dedim. Ondan sonra bir daha Habili görmədim. Dəfələrlə zəng vursa da zənglərinə cavab vermədim. Sonradan Habil yenə də mütəmadi olaraq barəmdə nüfuzdansalıcı və böhtan dolu məlumatlar dərc edirdi”.
Laçının icra başçısı: “Məcbur olub 15 min manat göndərdim…”
Digər zərərçəkən, Laçın rayonunun icra başçısı Ramiz Cəbrayılov isə istintaqa ifadəsində deyib ki, barəsində “Gündəlik Bakı” qəzetində 2011-ci ildən başlayaraq Habil Vəliyevin imzası ilə həqiqətə uyğun olmayan, şər-böhtan xarakterli, rüsvayedici silsilə məqalələr dərc olunub.
R.Cəbrayılov əvvəlcə “cəfəngiyyat xarakterli yazılara” fikir vermədiyini, amma sonradan ailə üzvləri barəsində də böhtanlar yazılmağa başladığını, buna görə narahat olduğunu deyib.
”Həmin məqələlərin birində guya övladıma şadlıq evində toy edib külli miqdarda pul yığdığım, rayonun büdcə təşkilatlarının müdirlərinin toya pul salmaq üçün növbəyə düzülmələri göstərilirdi. Həm özümün, həm də ailə üzvlərimin şərəf və ləyaqətini alçaltmağa hesablanmış yazıları yazmağa davam edirdi. 2012-ci ildə isə zəng vurub qarayaxma kompaniyasını dayandırmaq üçün 40 min manat pul tələb etdi”-keçmiş icra başçısı bildirib.
İcra başçısının ifadəsinə görə, H.Vəliyevdən yazdığı faktları yerində araşdırmasını, ailəsi və özü barədə böhtan xarakterli yazılara son qoymasını təklif edib: ”Habilin çox təhlükəli insan olduğunu, insanlığa yaraşmayan xislətini görüb, abrıma sığınıb barəmdə yazılan rüsvayedici məlumatlardan yaxa qurtarmaq üçün 2012-ci ildə Laçın rayon Təhsil Şöbəsinin müdiri Malik Vəliyev vasitəsilə Habilə 15 min manat göndərdim”.
Seks görüntüləri ilə şantaj: “Ayaqlarına düşüb yalvardım ki…”
Bu cinayət işindəki epizodlardan biri də baş redaktorun “Qarasu Oil” əməliyyat şirkətinin vəzifəli şəxsinin seks görüntülərini əldə edərək onu, eləcə də görüşdüyü qadını şantaj etməsidir. Həmin epizod üzrə zərərçəkən qismində tanınan X.M. adlı qadın ifadəsində deyib ki, 2014-cü ilin dekabr ayının əvvəllərində o vaxta qədər tanımadığı H.Vəliyev ona zəng vuraraq intim videoçəkilişinin əlində olduğunu deyib və təcili Bakıya gəlməsini istəyib.
Qadın paytaxta gələrək H.Vəliyevlə görüşüb. H.Vəliyev ona “Gündəlik Bakı” qəzetinin baş redaktoru olduğunu deyib, intim videogörüntülərin yayılmaması üçün 2 min manat pul istəyib. Əks təqdirdə videonu yayacağını deyib.
”Ayaqlarına düşüb çox yalvardım, imkanım olmadığını dedim. Videogörüntülərə özüm də baxdım. Bu videonun onun əlinə hansı şəkildə düşməsindən xəbərim olmayıb. Şok keçirdim, özümdən getdim. Özümə gələndə Habilə dedim ki, min manat borc tapıb verəcəyəm. Rəfiqəmdən borc pul alıb Habilə verdim. Sonradan zəng vurub pulun yerdə qalan hissəsini də gətirməyi tələb edirdi. Habil intim videonun ona kim tərəfindən ötürüldüyünü demədi”- qadın bildirib.
“Habil kompüterdə vəzifəli şəxslərin intim görüntülərini mənə göstərdi…”

Zərərçəkmişin ifadəsinə görə, həmin görüş zamanı H.Vəliyev ona kompüterdə üç-dörd intim videoçəkilişlər göstərib, bu yolla pul qazana biləcəyini deyib:”Bu videolar müxtəlif qızların vəzifəli şəxslərlə və iş adamları ilə olan görüntüləri idi. Habilin bu cür görüntülərlə insanları hədələyib pul tələb etdiyini başa düşdüm. Məqsədi mənimlə ayrı-ayrı vəzifəli şəxslərin intim videoçəkilişlərini aparıb onlardan pul qoparmaq olub. Mən razılaşmadıqda “ağlın yoxdur” dedi. Sonradan dəfələrlə zəng vurub “işləməyi” təklif etsə də razılaşmadım. Türkiyəyə gedib bir neçə ay orada qaldım”.

İstintaq bu epizod üzrə telefon danışıqlarını əldə edib, şahid ifadələri alıb və digər zəruri sübutlar toplayıb.

Şərhlər
Kim pul veribsə nəisə zibil isləri var imis. Birdə ki əgər bas edaktor onlardan qanunsuz pul tələb edirdisə niyə polisə muraciət etməyirdilər? deməli zibil məsələsi. İndi də habili cəviriblər milli qəhramana. Sabah gedək vəzifəli səxsdən pul təəb edək sis verərlər. Zibili olmasa təbii.maraqlisi nədir. Bu saytlar niyə cosub redaktorun ifsasina. Nə bilirlər onlari nə gozləyir?
Habili qudurdan və bu yola salan "Təzəzbazar"ın keçmiş sahibi Vaqif Şıxəliyevdir. Onun maliyyəsi və dəstəyi ilə Habil Rizvan Vahabovu, Vaqifin qardaşı Füzuli Şıxəliyevi, qudası Memmedağa İbrahimovu... şantaj etməklə məşğul idi. Vaqifin Habillə üzləşməsini hamı bilir... Bunları ort basdir etmək mümkün deyil.
ƏGƏR HABİL DEYİLƏN BAS REDAKTOR CİNAYƏTKAR VƏ SAXTAKARDİRSA ONDA ONUN UZV OLDUXU SECKİ MƏNTƏQƏSİNDƏKİ İMZALADİĞİ SECKİ PROTOLOLLARİ DA LƏĞV OLUNMALİ DƏYİLMİ?
Qardaš narahat olma o seçki qutusu çox sehirli qutudur,na istayirsan onuda qutudan çixardirsan.Afrikanin cangalliklarinda olan icmalarda galib bizdan öyranmak istayirlar . Sagliq OLSUN Habila himayadarliq edanllar çox habillar yetiśdiracaklar,çünki hamin havadarlar bu gün Habilla bir yerda deyillar.EŚQ OLSUN BU ŚOUYA !
Habilli bu çirkin išlara tahrik edan ,Ona himayadaarliq edan Eldar Mahmudov, Zakir Faracov va bašqalari bu günda havadarliq edillarmi ? Istintaq adalatli aparilsaydi onlarda Habilla bir yerda olardilar .Bu növbati bir mahkama ŚOUSUDR .
Ölün qurtarın şərəfsizlər.
Görunur butun ölkə bu gundədir.
Habil əxlaqsız işlərin baçında duran,...``..Ancaq onun ``toruna`` düşənlər də yaxşı yolun yolçuları olmuyublar.Daha doğrusu bunlar hamısı eyni maddylə müqəssir sayılası adamlardılar. Ortada bəxşiş olan pullar haram,çirkin üsullarla qazanılmış pullar olub.