Ukraynanın keçmiş baş naziri Nikolay Azarov dövlətlərarası axtarışa verilib.
ANS PRESS-in məlumatına görə, bu haqda Ukraynanın Daxili İşlər Nazirliyinin rəsmi saytında xəbər verilib.
"Azarov haqqında dövlətlərarası axtarış elan edilib", - idarənin mətbuat xidməti qeyd edib.
Daxili İşlər Nazirliyi dəqiqləşdirmə verib ki, Azarovu təkcə İnterpol yolu ilə axtarmayacaqlar.
Həmçinin, Ukrayna Daxili İşlər Nazirliyi sabiq baş naziri nə işlə əlaqədar axtardığını da bildirməyib.


Şərhlər