Abşeron rayonunda süd məhsulları saxlanılan anbarda yanğın olub.APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Məmmədli kəndində baş verib.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğın saat 17:05-də məhdudlaşdırılıb.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.


Şərhlər