"AzPolitika" Fizika-riyaziyyat elmləri doktoru, professor Rasim Məmmədovun "Ətraf mühitin istilik enerjisini elektrik enerjisinə çevirən yeni növ alternativ cərəyan mənbəyi" adlı elmi məqaləsini təqdim edir:

Beynalxalq elm aləmində Azərbaycanın “Metal – yarımkeçirici kontaktlarda əlavə elektrik sahəsi” adlı fizika üzrə yeni Elmi Kəşfinə xüsusi diqqət yetirilir. Artıq, bu elmi yenilik sayəsində yeni elmi istiqamətlər açılmış, dissertasiyalar yazılmış, yeni növ yarımkeçirici cihazlar icad edilmiş, ali təhsil sistemində əlavə elektrik sahəli düzləndirici kontakt modellərinin tədrisinə başlanmışdır. Elmi Kəşfin çoxsaylı tətbiq imkanlarından biri, ətraf mühitin istilik enerjisinin elektrik enerjisinə çevrilməsinin elmi əsasını yaratmasıdır. Bu elmi nailiyyət nüfuzlu xarici jurnallarda dərc olunmuş və internet saytlarında yer almış məqalələrdə ətraflı şərh olunmuşdur. O cümlədən, tükənməz istilik enerjisinə malik atmosferin istilik enerjisini elektrik enerjisinə çevirən yeni növ alternativ cərəyan mənbəyi haqqında geniş elmi məlumatla “J.Superlattices and Microstructures, 2017, v.107, pp.28-37” məqalədə tanış olmaq olar

(bax:

Alimlərimizin uzun illər ərzində yerinə yetirdiyi elmi – tədqiqat işləri sayəsində aşkar edilmiş “Metal – yarımkeçirici kontaktlarda əlavə elektrik sahəsinin yaranması” adlı bu Elmi Kəşf, dünya Elm Mərkəzlərində son 50 – 60 ildə ən müasir ölçü texnikaları və texnologiyaları vasitəsilə aparılan fundamental elmi-tədqiqat işlərinin nəzəri və eksperimental nəticələrındə tam təsdiqini tapmışdır. Muasir bərk cisimlər fizikası və elektronikası sahəsində yeni elmi təfəkkür formalaşdıran bu Elmi Yeniliyin aşkar edildiyi Metal – Yarımkeçirici Kontaktlar, insan fəaliyyətinin istisnasız olaraq bütün sahələrində istifadə olunan elektron qurğularının aktiv və passiv baza elementlərini təşkil edən iki fiziki elementdən (p-n kecidi və Şottki kontaktı) biri olduğundan, bu yenilik ümumbəşəri əhəmiyyət kəsb edir. Əvvəllər elmə məlum olmayan, yeni elmi təfəkkür formalaşdıran və ümumbəşəri əhəmmiyyətə malik əlamətləri ilə səciyyələnən fizika üzrə yeni Elmi Kəşf beynalxalq miqyasda cəmiyyətin sosial - rifah halının yüksəldilməsinə xidmət edir. Artıq, Azərbaycanın bu elmi yeniliyinin beynalxalq (ABŞ, Yaponya, Koreya, Rusiya, Ukrayna, Belarus, İran, Ermənistan və s. ) Elm və Texnika sahələrində istifadə edilərək, sensasiya xarakterli innovativ elmi nəticələr əldə edilmişdir.

Xarici ölkə mütəxəssisləri tərəfindən xüsusi diqqət yetirilən, Azərbaycanın Elmi Yeniliyi haqqında geniş informativ material, 2012 – ci ilin ilk günlərindən başlayaraq onlarla xarici internet saytlarında

(

Artıq, Amerika alimlərinin səyi naticəsində müstəvi Şottki diodlara alternativ olan, yüksək keyfiyyətli, mikro və nanoqurluşlu konstruksiyaya malik ƏES-li Şottki diodları hazırlanmışdır. Yüksək texniki göstəricilərə malik olan bu diodlar ədəbiyyatda “Trench MOS Barrier Schottky (TMBS) rectifier” və ya “TMBS diode ” adları ilə geniş yayılmışdır (
İvano-Frankovski Milli Texniki Neft və Qaz Universitetinin alimləri neft-qaz buruqlarının qazma qurğularında geniş istifadə olunan “metal – polimer” cütlüyü ilə friksion ötürmələr prosesində friksion materialların yararsız hala düşmə problemini aydınlaşdıran yeni nəzəriyyəni metal-polimer mikrokontaktlarda yaranan ƏES-sindən istifadə etməklə hazırlamışlar (J.Проблеми тертя та зношування, 2014, 1 (62)). Kimya sahəsi üzrə Ukrayna Çernovets Milli Universitetinin alimlərinin kristalların elektrod potensiallarının tədqiqində (
Ətraf mühitin istilik enerjisini elektrik enerjisinə çevirən yeni növ alternativ cərəyan mənbəyinin tipik nümunəsinin sadə təsviri aşağıdakı kimidir. Qalınlığı təxminən 300 - 400 mkm olan yüksək keçirici yarımkeçirici lövhə üzərində yaradılmış qalınlığı ~ 10 mkm olan zəif keçirici yarımkeçirici layda, fotolitoqrafiya texnologiyası ilə dərinliyi 4-5 mkm, eni 20-30 mkm və uzunluğu bir neçə millimitr olan və bir-biri ilə eni ~5-6 mkm olan çıxıntılarla airılan qanovlar açılır. Bu yarımkeçirici çıxıntıların (mezaların) çıxış işi ФS olan planar səthinə, çıxış işi ФM olan nazik metal təbəqə çəkilir və kontakt səthində potensia azalaraq ФВ potensial çəpər əmələ gətirir. Daxilində əlavə elektrik sahəsə EA yaranan hər bir belə meza kontakt strukturu alternativ cərəyan mənbəyinin seksiyası adlanır. Onlardan birinin sadələşdirilmiş sxematik təsviri şəkildə göstərilmişdir. Seksiyada əlavə elektrik sahəsinin təsiri ilə elektronların metalın sərhəd səthinə toplanması hesabına onun qütblərində φmo və φso potensiallar ( φmo < φso) yaranır. Bu səbəbdən, alternativ cərəyan mənbəyinin bir seksiyasının elektrik hərəkət qüvvəsi ε potensiallar fərqinə (ε = φso - φmo) bərabər olur. ACM seksiyasının daxilində ox oxu boyunca potensialın paylanması Şəkil 1b-də göstərilən kimi olur və onun qütblərini müqaviməti R olan naqil ilə qapadıqda dövrədən I cərəyanı axır. Çoxsaylı seksiyaların matrisalarından ibarət olan alternativ cərəyan mənbəyi iki çıxışı olan korpuslara yerləşdirilir.

Təklif olunan yeni növ alternative cərəyan mənbəyi Beynalxalq aləmdə mövcud olan Qlobal Enerji Probleminin həllinə dəyərli töhfə verir. O tükənməz istilik enerjisinə malik Yer kürəsinin və onu əhatə edən atmosferin istilik enerjisini elektrik enerjisinə çevirən ilk qurğudur. Onun hazırlanma texnologiyasının əsas mərhələsi mikrometrik və nanometrik enə malik nazik metal təbəqələrdən ibarət zolaqların, yarımkeçirici lövhə üzərində müvafiq konstruktiv qurluşa malik, kontakt seksiyalarının formalaşdırılmasıdır. Belə mənbələrin hazırlanmasında müasir elektron texnikasının əsasını təşkil edən və mikrosxemlərdə geniş istifadə olunan metal və yarımkeçiricilərdən istifadə olunur. Bu cərəyan mənbəyinin gücü, onun təşkil olunduğu kontakt seksiyalarının həndəsi ölçülərindən və onlardan təşkil olunan matrislərin strukturundan asılıdır. Bu isə gücü çox geniş intervalda dəyişən elektrik cərəyan mənbələrinin hazırlanmasına imkan verir. Bu isə onun tətbiq səhələrinin əhatə dairəsinin çox geniş olduğunu göstərir.

Yeni növ Alternativ Cərəyan Mənbəyi, aşqar yarımkeçiricilərdə sərbəst elektronların konsentrasiyası dəyişməz olduğu geniş temperatur intervalinda (təxminən - !00 oC – +200 oC ) işləyə bilir. Onun işini təmin edən istilik enerjisi, onun əhatə olunduğu tükənməz istilik enerjisinə malik atmosferdir. Onun hazırlanmasında hazırda mikrosxem teexnologiyasında istifadə olunan ənənəvi metal və yarımkeçirici materiallardan və fotolitoqrafiya texnologiyasından istifadə olunur. Ekoloji cəhətdən çox təmizdir, ətraf mühiti çirkləndirmir, insan sağlamlığına mənfi təsiri yoxdur, klimatik parametrlərin təsirinə davamlıdır, maya dəyəri müqayisə etibarı ilə çox aşağıdır və diğər müsbət cəhətlərə malikdir. Bu qurğunun istismar müddəti onun fiziki cəhətdən sıradan çıxmasına qədər olan müddətdir.

Bu Alternativ Cərəyan Mənbəyi yalnız istehsal prosesində elektriki cəhətdən yüklənir və fiziki olaraq sıradan çıxana qədər elektriki yüklənmiş halda qalır. Bütün istismar müddətində kənar cərəyan mənbələrindən təkrar yüklənməsinə ehtiyac olmur. Yeri gəlmişkən qeyd edək ki, bir neçə həftə bundan əvvəl Televiziyanın İqtisadiyyat Xəbərlərində məlumat verdilər ki, ABŞ mütəxəssisləri yeni növ “adaptersiz” telefon icad ediblər ki, onun cərəyan mənbəyi həmişə elektriki yüklənmiş olur, yəni onun adapterlə kənar cərəyan mənbələrindən təkrar yükləməsinə ehtiyac yoxdur. Təəssüf ki, bu cərəyan mənbəyinin “ənənəvi olmayan” fiziki əsası haqqında hələ ədəbiyyatda məlumata rast gəlməmişik.

Beləliklə, Azərbaycanın fizika üzrə yeni Elmi Kəşfi kimi intelektual mülkiyyəti və onun çoxsaylı tətbiqlərindən biri olan “Ətraf mühitin istilik enerjisini elektrik enerjisinə çevirən Yeni Növ Alternativ Cərəyan Mənbəyi”, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin müvəffəqiyyətlə həyata keçirilməsinə, Respublikamızda Elektronika Sənayesinin elm tutumlu innovativ istehsal sahələrinin yaradılmasına və ölkəmizdə Elektronika Sənayesinin milli iqtisadiyyatımızın priatet sahəsi statusuna yüksəlməsi üşün sərbəst bazar iqtisadiyyatının prinsiplərinə uyğun zəruri işlərin həyata keçirilməsinə dəyərli töhfə verə bilər.