Menu

Keçmiş baş nazir beynəlxalq axtarışa verildi

04.07.2014, 09:11
Keçmiş baş nazir beynəlxalq axtarışa verildi

Ukrayna Təhlükəsizlik Xidməti keçmiş baş nazir Nikolay Azarov barəsində beynəlxalq axtarış elan edib.

Məlumat Ukrayna DİN-in rəsmi saytında dərc edilib.

Elanda Azarovun bu ilin iyunun 3-də yoxa çıxdığı bildirilir. Bu ilin aprelində baş prokuror vəzifəsini icra edən Oleq Maxnitski Azarovun hakimiyyətdən sui-istifadə ittihamı ilə axtarışa verildiyini bildirmişdi.

Qeyd edək ki, Avropa Birliyi Nikolay Azarov və onun Regionlar Partiyasından Radanın deputatı olduğu oğlu Aleksey barəsində sanksiyalar tətbiq edib.

Bəzi məlumatlara görə, Nikolay Azarov hazırda Avstriyada yaşayır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol