Daxili Qoşunların Komandanının birinci müavini vəzifəsindən azad edilərək ehtiyata buraxılıb.
APA-nın məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, general-mayor Şirin Xəlilov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsindən azad edilərək, hərbi geyim formasını daşımaq hüququ verilməklə, həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ş. Xəlilovu “DİN-in Fəxri Fərmanı” ilə təltif edərək ona bundan sonrakı həyatında uğurlar arzulayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, Ş. Xəlilov 2003-cü ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Komandanının birinci müavini = Qərargah rəisi vəzifəsinə təyin edilib. O, respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib. Xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Prezidentinin 2002-ci il 30 iyun, 2008-ci il 11 mart və 2013-cü il 12 mart tarixli Sərəncamları ilə “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.


Şərhlər
Ela bir yer boşaldı,jelayuşi mnoqo
Montindeki qonşulara şad xeber! Daha rahat nefes ala bilersiniz. Hamını yığmışdı boğaza... )))
Yaş həddi nə qədər filiala ki....
Mənim əzizlərim, informasiyanı bu şəkildə vermək olmaz.General işdən azad edilməyib.O,yaşa görə təqaüdə göndərilib.