Menu

Mingəçevirdə 22 yaşlı gənc intihara cəhd edib

25.12.2017, 20:45
Mingəçevirdə 22 yaşlı gənc intihara cəhd edib

Mingəçevir şəhərində 22 yaşlı gənc intihara cəhd edib.

"Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin “Şəfa” bağ massivindəki 4-cü döngədə yerləşən həyət evində qeydə alınıb.

Belə ki, anası ilə mübahisə edən 1995-ci il təvəllüdlü şəhər sakini Namaz Qaryağdı oğlu Şirinov kəsici alətlə sol bilək nahiyəsini kəsərək intihara cəhd göstərib. Ancaq yaxınlarının köməyi ilə intihar cəhdinin qarşısı alınıb.

N.Şirinovun hadisəni törədərkən sərxoş vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol