Böyük Quruluş Partiyasının başqanı, millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın yeni kitabı çapdan çıxıb. Bu barədə “AzPolitika”ya Fazil Mustafa məlumat verib.
Onun sözlərinə görə, "Sağlam düşüncə alternativi" adlanan kitab son bir ildə yazılmış çeşidli mövzulara aid məqalələr toplusudur: "Bu, mənim sağlam düşüncəni, fərqli düşüncəni anlayan insanlara bir ərməğanımdır. Yaxın günlərdə müxtəlif kitab evlərinə paylanacaq. Ayrıca təqdimatını da düşünürəm. Ola bilsin ki, təqdimat ləngidi, çünki başqa bir kitabımın da yaxın həftələrdə nəşriyyata təqdim olunması planlaşdırılıb. Son bir ildə nəşr olunan üç kitabın birlikdə təqdimatını keçirmək bəlkə daha məqsədəuyğundur".
Qeyd edək ki, bu, Fazil Mustafanın sayca 19-cu kitabıdır. Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.



Şərhlər
Fazil Mustafa,hiss olunur ki,millətə,xalqa bağlı olan adamdır.Onun yazılarında türkçülüyümüz həmişə zirvədədir.Qoy, yeni-yeni kitabları ilə millətimizin bəsirət gözünü açsın!Halal mövqe sahibidir.Fikrimizi,ona halal və xeyirli bir sabah arzusu ilə, Aşıq Şəmşirin "Halal artsa xalqa xeyirdir"-misrası ilə tamamlayırıq.