Menu

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyada işgüzar səfərdədir

26.12.2017, 21:01
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyada işgüzar səfərdədir

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəlib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamlayıb.

Sonra MDB dövlət başçıları birgə foto çəkdiriblər.

Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi görüşü olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol