Menu

Göygöldə 68 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib

27.12.2017, 00:45

bicaqGöygöldə qətl hadisəsi törədilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl şəhərində qeydə alınıb. Şəhərin Rövşən Nəsibov küçəsində yaşayan 1949-cu il təvəllüdlü Musayev Qəzənfər Müzəffər oğlu bıçaqlanıb. O dərhal xəstəxanaya aparılsa da öldüyü məlum olub. Onun tanıdığı şəxs tərəfindən qətlə yetirildiyi bildirilir. Cinayəti törədən şəxs saxlanılaraq polis şöbəsinə aparılıb.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol