Təəssüflə qeyd etmək istərdik ki, Azərbaycanın əmtəə bazarında hökm sürən mövcud rəzalət barədə məlumatları bir sıra hallarda xarici KİV-dən almaq zorunda qalırıq!
Bu gün diqqətimi Rusiya KİV-nin yaydığı bir məlumat çəkdi. Xəbər verilir ki, «Baku Elektronics» mağazalar şəbəkəsinin Binəqədi rayonunda yerləşən dükanında alıcılardan biri etiketi erməni dilində yazılmış «LG» markalı soyuducular aşkarlayıb.
Nədənsə, gizlində qalmağa üstünlük verən həmin alıcı bunları danışıb: «Ermənistandan gətiriilmiş mallar bizim dükanlarda açıq şəkildə satılır. Mən, satıcıya öz etirazımı bildirdim, amma «razborka»ya baş vurmadım...».
«Baku Elektronics»-in rəsm nümayəndəsi Vüqar Hüseynovun bu barədəki açıqlamasını isə hiddətsiz oxumaq mümkün deyib. O,«situasiyaya aydınlıq gətirmək üçün» bildirib ki, təmsil etdiyi şəbəkə sözügedən soyuducuların bir neçə modelini satır, ancaq erməni dilində ektiketi olanlar bircə modeldəndirlər. Nümayəndə bidirib ki, «insident barədə xəbər tutan kimi, menecerlər həmin soyuducuları satışdan yığışdırıblar ...»
İstər-istəməz ikrah doğuran bu açıqlama, avtomatik olaraq sual doğurur: Menecerlər «nə tez» duyuq düşüblər, yahu?! Belə çıxır ki, şəbəkənin mağazalarına malları qəbul edərkən, ağına-bozuna baxılmır! Amma Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş «Azərbaycan Respublikasında ticarət və xidmət (iş görülməsi, xidmət göstərilməsi) QAYDALARI-nın» tələblərinə görə, mağazanın anbarına mal qəbul olunarkən, onun aşağıdakı sənədləri yoxlanmalıdır: qaiməsi, təhlükəsizlik və mənşə (uyğunluq) sertifikatları!.
Maraqlıdır ki, şəbəkə rəhbərliyi bunu istehsalçının səhvi adlandırıb - guya, Hindistanlı istehsalçı bu soyuducuları Ermənistana göndərmək əvəzinə, Azərbaycana göndərib! «Bişmiş toyuğun gülməyi» gəlmirmi?!
Səhvdirsə, bəs bu soyuducuların gömrük sərhədindən keçməsi necə mümkün olub? Buradan belə çıxır ki, sözügedən soyuducular Azərbaycana ya gömrükdən kənar daxil olur, ya da gömrük orqanları müvafiq ödəmələrin müqabilində lazımi yoxlamalardan yan keçirlər! Bütün bunlar isə Azərbaycan dövlətinin daxili və xarici siyasətinə xəyanətdən başqa bir şey deyil!
Mirzə AĞ
AzPolitika.info


Şərhlər