Menu

Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində "S-400" kompleksləri alıb

27.12.2017, 07:46
Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində "S-400" kompleksləri alıb

Türkiyə hakimiyyəti Rusiyadan 4 divizyon "S-400" "Triumf" zenit-raket komlekslərini əldə edib.

“Report” xarirci KİV-ə istinadən xəbər verir ki, by barədə "Rostex"-in baş direktoru Sergey Çemezov deyib.

Məlumata görə, müqavilənin dəyəri 2,5 milyard dollardır.

"Qalıb yekun sənədləri təsdiqləmək. Deyə bilərəm ki, müqavilə dəyərinin 45 faizi avans şəklində, qalan 55 faizi isə Rusiyanın verdiyi kreditlərlə ödəniləcək", - deyə o bildirib.

Qeyd edək ki, zenit-raket komplekslərinin ilkin tədarükü 2020-ci ilin mart ayında planlaşdırılır. Dekabrın 11-də Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan "S-400" komplekslərinin çatdırılması məsələsinin həllinin vaxtını açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol