Vergilər Nazirliyi "Zəhra Clinic" MMC-ni dövlət qeydiyyatına alıb."APA-Economics" "Vergilər" qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, MMC-nin nizamnamə kapitalı 100 manatdır.
Klinikanın qanuni təmsilçisi Paşazadə Vəfa Allahşükür qızıdır.
MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsi, ev 13, mənzil 111-dir.
Qeyd edək ki, Vəfa Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızıdır.

Şərhlər
xeyirli olsun
bir adam demir ki ay şeyxulislam,xeyirli olsun!
O bir söz var ha,deyir "Ustadına kəc baxanın gözlərindən qan damar". Yalandı.Keçmişdə olabilsin düz olub,amma bizim bu qəbilələr-tayfalar-aşirətlər topluluğunda yalandı.Nə ustad adə? Qız öz anasına,oğul öz atasına kəc baxır,məhkəməyə verir,evini-pulunu əlindən alıb küçələrə atır,gözündən-zaddan da qan-filan axıb eləmir,top kimi də yaşayırlar mən ölüm.O sözü Azərbaycanda başqa cür demək lazımdı.Ustadına kəc baxanın yox,"QMİ-yə sədr olan bəxtəvərin yanaqlarından qan damar".
Allahşükürün,artıq şeyxliyi qalmayıb."Oğru dünyasının" adamları ilə (canıyevin dəstəsi )əlaqə qurur,Avropada otelçilik biznesi yapır,Xəzərdə balıq ovlayır.İndi də tibb sahəsində atını səyritməyə başlayıb.Məncə,şeyxülislam yox,kommersant adına çoxdan haqq edib.
Caaaan....HALAL Klinikan mübarək,möhtərəm Şeyx.Qoy daima ruzili,vergidən uzaq olsun.Hər halda bundan sonra Məsçidlərdə yuyulan ölülərin dəqiq uçotu aparılacaq.Qəbirstanlıq mollalarının maaşdan əlavə gəlirləri də asanlıqla nəzarətə götürüləcək.Daha doğrusu Məsçidlər ölüdən korluq çəkməyəcək.
Bunun da girmədiyi yer qalmadı.Yeganə girmədiyi yer dindi,ora da istənir yox ee,girəmmir deyə girmir.Çiyinə əba atıb,başa əmmamə qoyub ərəbcə qırıldada-qırıldada günün bəlli saatlarında çığırtma-plov yeməklə din alimi olmaq olsaydı Əbu Cəhl də alim sayılardı.Əbası da vardı,əmmaməsi də,ərəbcəsi də superiydi ərəb idi deyə,iştahı da fısqırıq.Hər gün yeyib içirdi varlı-hallıydı deyə.Deyəcəklər,yooox,adamın neçə dənə mükafatı var.A balam,Brejnevin də mükafatları vardı,sinəsində medal asmağa yer qalmamışdı.
dostum yeni ilin urzulu olsun cexiyadaki ne idi bes bir de dostum bu edisin cavabin dusende ver
Butun qafqazia xeyirli olsun
HƏLƏ JURNALİSTLƏRƏ CAVAB VERİR Kİ, MƏNİ ÖMÜRLÜK ŞEYX SEÇİBLƏR! SƏNİ KİMLƏR VƏ NƏYƏ GÖRƏ ÖMÜRLÜK ŞEYXUYL SEÇİBLƏR!
QAFQAZ MÜSƏLMAN İDARƏSİ - TÜRMƏ LOTU QANUNLARIYNAN İŞLƏYİR YOXSA HARDA YAZILIB Kİ, SƏN ÖMÜRLÜK ŞEYXUL OLMALISAN!
SƏNİN QAZİLƏR ŞURASINDA OTURAN QAZİLƏRİN AZƏRBAYCANDA HARDA VURUŞUB QAZİ OLUBLAR, YOXSA Kİ, XARİCİ KƏŞFİYYAT ORQANLARININ MARAQLARI DAXİLİNDƏ AZƏRBAYCANDA ŞİƏ-EKSTREMİZİM OCAQLARININ YARADILMASI VƏ ETNİK-ŞOVİNİZM ÜZƏRİNDƏ MAFİOZ QRUPLAŞMANIN YARATMAQ ŞEYXULLUQDUR-QAZİLİKDİR YOXSA!!!