Menu

Azərbaycanda bu bankın rəhbərliyində dəyişiklik gözlənilir

27.12.2017, 15:30
Azərbaycanda bu bankın rəhbərliyində dəyişiklik gözlənilir

"Yapı Kredi Bank"ın baş icraçı direktoru Faiq Açıkalın dekabrın 29-dan vəzifəsini tərk edəcək.

Trend-in məlumatına görə, bu addım onun pensiya yaşına çatması ilə əlaqədardır. F.Açıkalın, eyni zamanda, "Yapı Kredi Bank Azərbaycan"ın Müşahidə Şurasının sədridir və müvafiq olaraq bu postunu da təhvil verəcək.

Onun yerinə Gökhan Erünün təyin ediləcəyi gözlənilir. Bu məsələyə 2018-ci il yanvarın 15-də bankın Direktorlar Şurasının ümumi yığıncağında baxılacaq.

Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildən fəaliyyət göstərir.

Şərhlər

dadaşyev 2017-12-27 15:30:50

Bu da YAP-çıdı ki,çıxardırlar işdən?Nə qədər yeyib dağıdıb ki?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol