2017-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 mlrd. 331,2 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3% az vəsait yönəldilib.
Bakı şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, ümumi sərmayənin 35,1%-i dövlət, 64,9%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 71,7%-i tikinti-quraşdırma işlərinə sərf edilib.
2017-ci ilin yanvar-noyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 70,3%-ini tikinti, yenidənqurma və genişləndirmə, 5,9%-ini əsaslı təmir, 3,8%-ini cari təmir, 20%-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 87,2%-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.


Şərhlər
"Çox əla" siyasi yekun! Abşerona sığmayan Bakı Xəzərə ada atıb. Əhalinin 1/3-i olsa da, əsas kapitalın 57%-i mənimsəyəcək. Olmaya, lider Bakı bir daha rayonlardan imtina niyyətindədir? Daha maraqlı fakt milyardların "tranformasiya"sıdır. Kapitalın 64,4%-i ÖZəl və yalnız 35,1%-i dövlətindir. İnşaatın da 87,2%-i özəldir. Təbii sərvət milyardları artıq dünənki müzdur-məmurların və xarici ortaqların əlindədir. ...
Bəs Bakı əhalisinin sosial güzəranına nə qədər vəsait ayrılıb?