Əməkdar artist Röya Ayxan həmkarı əməkdar artist Aygün Bəyləri məhkəməyə verib.
Bu "Report"a R.Ayxanın vəkili Vamiq Şükürov bildirib.
Onun sözlərinə görə, yaxın günlərdə məhkəmənin vaxtı və mülki iddianın məbləği açıqlanacaq: "Aygün Bəylər ARB televiziyasında müvəkkilimin şərəf və ləyaqətini təhqir etdiyi üçün onu məhkəməyə verdik. Yaxın günlərdə geniş məlumat veriləcək".
Qeyd edək ki, A.Bəylər ARB televiziyasının "Səhər-səhər verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.


Şərhlər
Röya xanım Azərbaycan estradasında sevdiyim bir tək müğənnidir.Öpürəm səni,Röyam.Türkiyədəki uğurunu gözügötürməyənlər əlbəttə ki çoxdur.Adam paxılların əlindən çıxdı getdi Türkiyəyə,yenə də ondan əl çəkmirlər.Aygün xanım,əyri oturmayaq,elə düz oturaq düz danışaq:sən hara,Röya xanım hara?Əsdirə-əsdirə oxumaq hələ qəlbdən oxumaq demək deyil.