Menu

Pərviz Həşimlinin məhkəməsi niyə baş tutmadı?

04.07.2014, 13:34
Pərviz Həşimlinin məhkəməsi niyə baş tutmadı?

Bakı Apellyasiya Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb.

Vəkil Bəhruz Bayramovun APA-ya verdiyi məlumata görə, buna digər vəkillərin prosesdə iştirak etməməsi səbəb olub: “Digər vəkillərə iclasın vaxtı barədə məlumat verilməmişdi. Ona görə, məhkəmə prosesi iyulunun 7-dək təxirə salındı”.

Qeyd edək ki, P. Həşimli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol