Menu

Beynəlxalq koalisiyaya məxsus qırıcılar Yəməni bombalayıb - 68 nəfər ölüb

28.12.2017, 15:22
Beynəlxalq koalisiyaya məxsus qırıcılar Yəməni bombalayıb - 68 nəfər ölüb

Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiyaya məxsus döyüş təyyarələrinin Yəməni bombalaması nəticəsində 68 nəfər ölüb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, məlumatı BMT-nin İnformasiya Mərkəzi yayıb.

Bildirilib ki, koalisiya qüvvələri İranın dəstəklədiyi husi qiyamçılarının nəzarəti altında olan və Yəmənlə Səudiyyə Ərəbistanı sərhədinə yaxın bölgəni bombalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol