Menu

Həmrəylik Günü münasibətilə bir qrup şəxsə fəxri adlar verilib - SİYAHI

28.12.2017, 15:47
Həmrəylik Günü münasibətilə bir qrup şəxsə fəxri adlar verilib - SİYAHI

Azərbaycan prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə, mədəniyyət və incəsənət sahəsindəki nailiyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar rəssam”

Qurbanov Seyfəddin Əli oğlu

Məmmədov Rəhim Əliağa oğlu.

“Əməkdar artist”

Manafzadə Turan İslam qızı

Məmmədova Elnarə Tofiq qızı

Nuriyev Mais Şükür oğlu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol