"Yeni orfoqrafiya lüğətində qaydalar 2 dəfə artırılacaq".
"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasında Dövlət Dil Komissiyasının iclasında AMEA-nın Dilçilik İnstitunun direktoru Möhsün Nağısoylu deyib.
O bildirib ki, hazırkı lüğətdə 36 orfoqrafiya qaydası var: "Növbəti orfoqrafiya lüğətində isə 62 orfoqrafiya qaydası olacaq. Lüğətə həmçinin yeni maddələr daxil edilib".


Şərhlər