Menu

Bakının mərkəzi küçə və prospektlərində tıxac yaranıb - SİYAHI

28.12.2017, 19:16
Bakının mərkəzi küçə və prospektlərində tıxac yaranıb - SİYAHI

Bakının mərkəzi küçə və prospektlərində tıxac yaranıb.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyinin şöbə rəisi Mais Agayev məlumat verib.

Onun sözlərinə görə, hazırda paytaxtın əksər küçə və prospektlərində, o cümlədən Z.Bünyadov, Neftçilər, Tbilisi prospektləri, F.X.Xoyski, Y.Səfərov, A.Cəlilov, Ü.Hacıbəyov küçələri, "Azneft" dairəsi, Bayıl, Dövlət Bayrağı Meydanının qarşısındakı yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

"Bu səbəbdən bir çox marşrut xətləri üzrə avtobuslararası intervalda gecikmələr yaranıb", - o deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol