Menu

Şirvanda qadın keçmiş əri tərəfindən bıçaqlanıb

28.12.2017, 21:43
Şirvanda qadın keçmiş əri tərəfindən bıçaqlanıb

Şirvanda qadın keçmiş əri tərəfindən bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, insident Heydər Əliyev 7/12 ünvanında baş verib. Məlumata görə, şəhər sakini qısqanclıq zəminində keçmiş həyat yoldaşı 34 yaşlı İsgəndərova Şəlalə Sahib qızına bıçaq xəsarətləri yetirib. Yaralı Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

Fakt Şirvan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol