Menu

Milli Parkda atəşfəşanlıq olacaq

29.12.2017, 11:05
Milli Parkda atəşfəşanlıq olacaq

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni - 2018-ci il münasibəti ilə Dənizkənarı Milli Parkda dekabrın 31-də möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini və şəhərimizin qonaqlarını atəşfəşanlığı seyr etmək üçün 31 dekabr saat 24.00-da Dənizkənarı Milli Parka dəvət edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol