Menu

Mingəçevirdə iki piyadanı avtomobil vurub

29.12.2017, 23:07

Qezada-sinmish-padpres-180912Mingəçevir şəhərində iki piyadanı avtomobil vurub.

"Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin "Energetik” yaşayış massivində, Naxçıvan küçəsində qeydə alınıb.

Belə ki, ilkin ehtimala görə, "VAZ-21099” markalı avtomobil dayanacaq istiqamətindən yolu keçmək istəyən Mingəçevir şəhər sakinləri - 1953-cü il təvəllüdlü Məhəmməd Nuru oğlu Alıyev və 1955-ci il təvəllüdlü Akif Əkbər oğlu Şirinovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol