Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkə banklarının kompyuter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilməsi, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə 3.000.000 (üç milyon) manatdan artıq vəsaitin oğurlanması faktı üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində başlanılan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.
DTX-dan APA-ya verilən xəbərə görə, Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə aparılan cinayət işi üzrə ifşa edilmiş beynəlxalq kibercinayətkar qrupun üzvü, xarici ölkə vətəndaşı Petroviçi Sergey Aksentiyeviç beynəlxalq axtarış üzrə məhkəmə prosesləri nəticəsində saxlanılaraq 2017-ci il dekabrın 30-da Azərbaycan Respublikasına ekstradisiya edilmişdir.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Kommersiya banklarına qarşı analoji kiberhücumların baş verdiyi tərəfdaş dövlətlərin hüquq mühafizə orqanlarına müəyyən edilən faktlarla bağlı zəruri hüquqi yardım göstərilir.

Şərhlər
BİZ BUNDAN QORXMAYAQ HA. BİZ ONDAN QORXAQ Kİ, YER ÜZÜNDƏ BELƏ BİR MÜNBİT COĞRAFİ MƏKANIN OLMASINDAN XƏBƏR TUTAN DƏNİZ QULDURLARI QƏNİMƏT ƏLƏ KEÇİRMƏK FİKRİNƏ DÜŞÜB XƏZƏR DƏNİZİNƏ KEÇİD EDİB ÜZƏRİMİZƏ TÖKÜLÜŞƏ.
EŞİDİB Kİ,AZƏRBAYCANDA OĞURLA HA OĞURLADI,TALA HA TALADI,QAÇIRT HA QAÇIRTDI,DEYİB MƏN NİYƏ DURMUŞAM.BAŞLAYIB BİR TƏRƏFDƏN DƏ O TALAMAĞA.TUTUB GƏTİRDİKLƏRİNƏ BAXMAYIN. ALA BİLDİKLƏRİ QƏDƏRİNİ ƏLİNDƏN ALIB ÜZ-GÖZÜNDƏN ÖPÜB BURAXACAQLAR.BİR DƏ Kİ,MƏN MÜƏYYƏN EDƏ BİLMƏDİM BU ŞƏKİLDƏKİLƏRDƏN HANSIDIR EKSTRADİSİYA OLUNAN....