Menu

FIFA-dan Maradonaya qadağa

04.07.2014, 17:52
FIFA-dan Maradonaya qadağa

FIFA Braziliyada keçirilən futbol üzrə dünya çempionatında stadionların təhlükəsizlik xidmətlərinə Dieqo Maradonanın VIP sektorlara buraxılmaması barədə təlimat verib.

Trend-in Braziliyanın "Folha de Sao Paulo" qəzetinə istinadən verdiyi xəbərə görə, FIFA bu qərarı D.Maradonanın təşkilatı hər xüsusda tənqid etməsinə görə verib.

Sonuncu dəfə D.Maradona FIFA-nı uruqvaylı Luis Suaresin diskvalikifasiyası qərarına görə tənqid edib.

FIFA-nın qərarını biabırçılıq adlandıran sabiq argentinalı futbolçu öz çıxışında belə deyib: "Başa düşmürəm, Luis Suares kimisə öldürdüyünə görə belə cəza alıb? Əgər elədirsə, onda niyə FIFA onun əllərini qandallayıb Quantanamoya göndərmir? O, çempionatda iştirak etmək üçün 1 il inadla çalışaraq 29 qol vurub. Onlar isə Suaresi çempionatdan qovdular. Bu inanılmazdır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol