Menu

Türkiyədə qadın partiya sədri prezidentliyə namizədliyini açıqladı

30.12.2017, 23:12
Türkiyədə qadın partiya sədri prezidentliyə namizədliyini açıqladı

Türkiyədə yeni yaradılan İyi Partinin sədri Meral Akşener ölkəsində nöbvəti prezident seçkilərində namizəd olacağını açıqlayıb.

Lent.az-ın məlumatına görə, qadın siyasətçi özünün “Tvitter” hesabında bu barədə yazıb: "Özümü parlamentə atmaq fikrim yoxdur. Deputatların yox, xalqımın imzaları ilə namizəd olacam. Deputatlığa namizəd olmayacam, olanlara uğur arzulayıram.

Siyasətdə olduğum müddətdə həmişə xalqıma arxalandım, indi də arxalanıram”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol