Menu

Əfqanıstanda "Taliban"ın 10 yaraqlısı məhv edilib

30.12.2017, 23:52

Taliban-guerrilla-fighter-001Əfqanıstanın Uruzqan əyalətində "Taliban" hərəkatının ən azı 10 yaraqlısı məhv edilib.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "TOLO News" məlumat yayıb.

Bildirilir ki, onlarla yaraqlı təhlükəsizlik qüvvələrinin Şikha rayonunda yerləşən nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Bu zaman on yaraqlı öldürülüb, daha 8 nəfəri yaralanıb.

Həmçinin Əfqanıstan ordusunun hərbçisi ölüb, daha iki əsgər və 5 polis yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol